Bəzi qəsəbələrin su təminatında fasilə olacaq.
Sumqayit24.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, Saray, Ceyranbatan qəsəbələrinin, habelə Corat bağ massivinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işləri çərçivəsində bu gün səhər saatlarından iyulun 30-u günorta saatlarınadək su təminatında fasilə yaranacaq.