Saray qəsəbəsində daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək. Sumqayıt24 bu haqda Apa.az-a istinadən xəbər verir.
Bunu, “Azpetrol” Şirkətinin rəhbəri Ceyhun Məmmədov verdiyi müsahibə zamanı bildirib. Onun sözlərinə görə, iyul ayında Saray qəsəbəsi ərazisində yeni yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatacaq və istismara veriləcək.