top
Sarayda mənzillərin qiyməti sakinləri ŞOKA saldı - 60 faiz bahalaşma
07 avqust 2026, 15:10
- +

Sarayda mənzillərin qiyməti sakinləri ŞOKA saldı - 60 faiz bahalaşma

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 204 tam təmirli mənzili vətəndaşlara təqdim edib. Lakin bu dəfə açıqlanan qiymətlər əvvəlki satışlarla müqayisədə xeyli yüksək olub.

Fondun siyahısına əsasən, ən aşağı aylıq ödəniş 55 kvadratmetrlik 1 otaqlı mənzil üçün 620 manat, ilkin ödəniş isə 7452 manat təşkil edir. Müqayisə üçün qeyd edək ki, öncəki illərdə eyni layihədə minimal aylıq ödəniş 376 manat idi.

Digər mənzillər üzrə aylıq ödənişlər 667 manatdan 1479 manata, ilkin ödənişlər isə 8005 manatdan 17.755 manata qədər dəyişir. Bu isə ilyarım ərzində qiymətlərin təxminən 60 faiz artdığını göstərir.

İKZF-nin kirayə mənzil layihələri indiyədək bazarda daha münasib qiymətləri ilə seçildiyindən, son bahalaşma vətəndaşlar arasında suallar yaradıb.

Sumqayit24.az bununla bağlı əmlak eksperti Vüqar Orucun rəyini alıb. Ekspert bildirib ki, qeyd olunan qiymətlər ötən illə müqayisədə kifayət qədər ciddi fərq göstərir:

"Bizdə olan məlumatlar göstərir ki, istər Abşeronda, istər Bakıda, istərsə də Sumqayıtda daşınmaz əmlakın qiyməti son 5 ildə yerləşdiyi ərazidən asılı olmayaraq təxminən 80-100% artıb. Bunu illər üzrə böləndə faktiki olaraq 15-20%-dən yüksək qiymət artımı müşahidə olunan ərazilər yoxdur. Təxminən hər il torpaq sahələri 20%, bina və tikililər isə 15-17% bahalaşıb. İnvestisiya cəlbediciliyi daha yüksək olan ərazilərdə isə bu faizlər nisbətən artıq ola bilir.

Qeyd olunan ərazidə təqdim edilən qiymətlərə gəldikdə isə, hesab edirəm ki, aylıq ödənişlər müəyyən edilərkən mövcud dövr üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi də nəzərə alınıb. Birbaşa nağd ödəniş zamanı bu rəqəmlərin mövcud olması real görünmür. 

Hissə-hissə ödəniş zamanı, istər ipoteka kreditləşməsi, istərsə də digər kredit formalarında faizlər yekun məbləğin bu qədər yüksək görünməsinə səbəb olur. Vətəndaşa yekun ödəniş məbləği təqdim ediləndə, əgər o, maliyyə sahəsində məlumatlı deyilsə, dünənki pulla bugünkü və ya gələcəkdəki pulun dəyəri arasındakı fərqi nəzərə almır və bu, onda ciddi təəccüb yaradır.

Məsələn, 20 illik ipoteka ilə alınan 150 min manatlıq mənzilə görə sadə hesablamada vətəndaş kredit müddətinin sonunda təxminən 100 min manat əlavə ödəniş etdiyini görür. Halbuki həmin məbləğ faizlərdən ibarətdir və 20 illik dövr nəzərə alınaraq mürəkkəb faiz düsturuna əsasən hesablandıqda görünür ki, vətəndaş əslində 100 min manat əlavə ödəniş etməyib. Çünki həmin vəsaitin gələcək dövrdə alıcılıq qabiliyyəti indiki ilə eyni deyil. Bu baxımdan, ödənilən əlavə məbləğin real dəyəri təxminən 100 min deyil, 50 min manat civarındadır. Yəni vətəndaş burada əsasən müvafiq faizləri ödəyir və düşündüyü qədər böyük itkiyə məruz qalmır.

Ona görə də daşınmaz əmlakın qiymətlərini müqayisə edərkən yalnız nağd alqı-satqı zamanı formalaşan qiymətlər müzakirə mövzusu ola bilər. Faizli kreditlərdə, müxtəlif sosial layihələr çərçivəsində tətbiq olunan faizlər, eləcə də hissəli ödənişlərin yekun məbləği daşınmaz əmlakın bazar dəyəri kimi təqdim edilə bilməz".



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Bütün xəbərlər
Dünən, 09:55

Sürət qatarında nasazlıq - sumqayıtlılar yollarda qaldı

Oxşar xəbərlər