Sumqayıtda özünü qazi kimi təqdim edən şəxs tutulub. Sumqayıt24 bu haqda 8 aprel tarixində xəbər verir.
Şirvan şəhər sakini, 34 yaşlı Nəzər Məmmədov hərbi geyimdə obyekt və restoranlara gəlib, ona maddi köməklik edilməsini tələb edib.
Onun 2012-2017-ci illərdə hərbi xidmətdə olduğu, heç bir hərbi əməliyyatlarda, o cümlədən də 44 günlük Vətən müharibəsində iştirak etmədiyi məlum olub.
N. Məmmədov tanışından hərbi forma alıb, guya torpaqlarımızın azadlığı uğrunda vuruşarkən bir gözünü itirdiyi görüntüsü yaradıbmış. O, həmçinin özünə saxta “Vətən müharibəsi iştirakçısı” medalını hazırlayaraq formanın üzərində gəzdirib.
Məmmədov bu yolla asan və daha çox “qazanc” əldə etmək niyyətində olub. Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan “qazi” bərəsində araşdırmalar aparılır.
Onun qanunsuz əməllərindən zərər çəkən şəxslər polisə müraciət edə bilərlər.