SDU-da “Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti” mövzusunda tədbir keçirilib. Bu haqda bu gün, 25 may tarixində universitetin saytına istinadən xəbər veririk.
Tədbirdə Sumqayıt şəhərinin prokuroru Müqəddəs Sultanov, prokurorun böyük köməkçiləri Elviz Salayev, Ramiz Ağazadə və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.
Sultanov professor-müəllim heyətinə və tələbələrə Azərbaycan prokurorluğunun yaranması və inkişafı yolundan danışıb.
Sonda prokuror tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.