SDU-nun tələbələri onlayn formatda keçirilən V Beynəlxalq Olimpiadada iştirak ediblər. Bu haqda bu gün, 5 aprel tarixində universitetin saytına istinadən xəbər veririk.
Olimpiada Ufa Dövlət Neft Texniki Universitetinin Avtomatlaşdırma, Telekommunikasiya və Metrologiya kafedrası tərəfindən təşkil edilib. “Texniki Sistemlərin Avtomatlaşdırılması” adlı olimpiada iki mərhələdən ibarət olub. Yarışmaya SDU-nun Mühəndislik fakültəsinin 625-ci qrup tələbələri - Qüdrət Ağazadə, Əli Həsənli, Ceyran Məmmədova və Pərviz Həsənov qatılıblar.
Nəticələr 8 aprel tarixində elan olunacaq.