Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt bölməsində olublar. Bu haqda 2 aprel tarixində Sumqayıt24 xəbər verir.
Ziyarətdə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müdiri Səvvarə Rzaquliyeva və kafedranın müəllimi Nərgiz Yusifova, eləcə də tələbələr iştirak ediblər.
QAC bölməsinin koordinatoru Mətanət Məhərrəmova qonaqları salamlayıb. Tələbələrə bölmənin fəaliyyətləri ilə bağlı ətraflı məlumat verilib. Daha sonra tələbələrin sualları cavablandırılıb.