top
SDU tələbələrinin sevimlisi Xanəhməd müəllimlə MÜSAHİBƏ
25 aprel 2025, 05:31
- +

SDU tələbələrinin sevimlisi Xanəhməd müəllimlə MÜSAHİBƏ

“Sevda xanımın oxuduğu şəhərciyə çatıb avtobusdan enəndə təsadüfən otaq yoldaşları ilə rastlaşdım. Amma mən onları tanımadım”.

Bu sözləri Sumqayit24.az-a sosial şəbəkələrdə tələbələrinə oxuduğu şeirlərlə məşhurlaşan, Sumqayıt Dövlət Universitetinin müəllimi Xanəhməd Həsənov deyib.

Onunla müsahibəni təqdim edirik:

- Öncə oxucularımız üçün özünüzü yaxından tanış edərdiniz.

- Xanəhməd Həsənov 1958-ci ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olmuşam. Orta təhsilimi Füzuli rayonunda almışam. Sonra iki il hərbi xidmət borcumu ödəmişəm. Başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almışam.

- Xanəhməd müəllim, müsahibəmizə həyat yoldaşınızla tanışlığınızdan başlayaq. Bu sevgi hekayəsi necə başlayıb?

- 1985-1986-cı illər idi. Həyat yoldaşım Sevda xanım Naxçıvan Pedaqoji Universitetində oxuyurdu. Həmin il mən də Bakı Dövlət Universitetini bitirirdim.

Qeyd edim ki, həyat yoldaşımla həmkəndliyik. Füzuli rayonu, Şükürbəyli kəndindən. Eyni zamanda, əmimin nəvəsidir.

Elə ilk görüşümüz də 1986-cı ildə mənim Naxçıvana səfərimlə başladı. Söz vaxtına çəkər. Bu aylar idi. Əlimdə bir dəstə gül, Bakı-Naxçıvan qatarı ilə yola düşdüm. Qatar Naxçıvan şəhərinə çatmamış sərhədçilər bizi düşürüb yoxlamağa başladılar. O zaman qeydiyyatı olmayanları Naxçıvana buraxmırdılar. Hərbi qərargahda sorğu-sual zamanı növbə mənə çatanda kənarda duran hərbçinin sözü məni sevgimə qovuşdurdu. Həmin hərbçi rəisə “Bu cavan oğlan bayaqdan əlində bir dəstə güllə gözləyir. Yəqin ki, sevgi dalınca gəlib” dedi. Məndən soruşulanda təsdiqlədim və rəis məni orada saxlamağın günah olduğunu dedi. Məni maşınla Naxçıvanın dəmiryol vağzalına göndərdilər.

Sevda xanımın oxuduğu şəhərciyə çatanda avtobusdan enəndə təsadüfən otaq yoldaşları qarşıma çıxdı. Amma mən onları tanımadım. Fakültəni qızlardan soruşanda Xanəhməd olduğumu bildilər. Məni Sevda xanımın yanına apardılar. Bu görüşdən sonra məktublaşmalar başladı.

- Sosial şəbəkələrdə həyat yoldaşınıza yazdığınız şeiri tələbələrinizə söyləməyiniz geniş marağa səbəb olub. Bu fikir necə yarandı? O an nələr hiss etdiniz?

- Dərs zamanı dediyim şeirin videosu ilk dəfə iki il bundan əvvəl yayıldı. Həmin videodan sonda Milli Məclisin deputatı Aydın Mirzəzadə mənə zəng etdi. Yarım saata yaxın onunla görüntülü danışdıq.

Son zamanlar bir çox tədbirlər keçirilir. Tələbələr həmin tədbirlərdə 38 il əvvəl həyat yoldaşıma həsr etdiyim şeirlərdən oxumağımı istəyirlər. Mən səsləndirəndə onlar da gizlin şəkildə çəkib sosial şəbəkələrdə paylaşırlar.

38 il əvvəl yazdığım şeirlərin bu qədər sevilməsi məni çox xoşbəxt edirdi. Keçmiş günlərə qaytarırdı.

- Sumqayıt Dövlət Universitetində neçə ildir dərs deyirsiniz? Bu illər ərzində yaddaşınızda qalan ən maraqlı dərs anı hansıdır?

- Artıq 19 ildir ki, Sumqayıt Dövlət Universitetində tələbələrə dərs deyirəm. Biologiya üzrə Fəlsəfə doktoruyam. Mənim dərslərim xüsusi ilə seçilir. Çünki bioloq olduğum üçün tək elmi yox, həm də həyati məsələləri də tələbələrimlə bölüşürəm. Gələcək həyatın çətinliklərindən danışıram. Ona görə dərslərim xüsusi maraqla dinlənilir. Hətta bioloq olduğuma baxmayaraq Filologiya fakültəsinin tələbələri ilə də görüşlər keçirirəm.

- Bəs, şeir yazmağa nə zamandan başlamısınız? Ədəbiyyata marağını nə vaxtdan var?

- Uşaq yaşlarımdan ədəbiyyata, şeiriyyata hər zaman marağım olub. Orta məktəbin 8-ci sinfində oxuyanda “Azərbaycan Gəncləri” qəzetində şeirim çap olunub. Sevda xanımı tanıyandan sonra şeiriyyata daha da bağlandım.

- Sizcə, bu illər ərzində tələbələr necə dəyişib? Müasir gəncliklə əvvəlki nəsil arasında hansı fərqləri müşahidə edirsiniz?

- Yeni nəsil gəldikcə dəyişiklər özünü daha da göstərir. İki nəsil arasında fərqləri müqayisə etdikdə, o zamanların mənəvi keyfiyyətlərinin fərqli olduğunu görürəm. Bizim gənclik illərimizdə sevgiyə, məhəbbətə münasibət qeyri-adi idi. Ona görə sevgini tapanlar dəyərini bilirdilər.

Amma indiki dövrdə sevgi, məhəbbət, ailə dəyərləri çox adiləşib. Ona görə də bu mənəvi hislər dəyərsizləşib. Bu sözləri demək mənim üçün çox çətindir.

- Xanəhməd müəllim, o zamanlar telefon yox idi. Sevdiyinizlə necə əlaqə saxlayırdınız?

- Müasir telefon yox idi, məktub vardı. Bütün hisslərimizi kağıza tökürdük. Hətta o vaxt məktubların zərfini bağlamaq üçün dodaqla yaşlamaq lazım idi. Amma indikilərin özündə yapışqanları var. Əziyyət çəkmirlər.

Sevda xanımdan ilk məktubu alanda o qədər fərqli hislər yaşadım ki, şeir yazdım:

Aldım məktubunu bir qəmli gündə

Gözlərim parladı sevinc içində

Məktubu qatlayıb, mən açan zaman

Əllərim titrədi, dayandım bir an

Sonra həyəcandan mən əsə-əsə

Məktubu qərq etdim şirin busəyə

Gülüm, buna görə qınama məni

Eşqin atəşində yandırma məni

Axı sən məktubu bağlayan zaman

O gül dodağın da toxunmuş ona

Mənsə məktubu örtdüyüm zaman

Sanki dodağım toxundu o gül dodağa.

Bax, bu cür fərqli hislər yaşayırdıq. Çox təəssüflər olsun ki, indiki gənclər öz hislərini mexaniki olaraq müasir telefonlarla ötürürlər.

- Bu sevgi haradan qaynaqlanıb? Təməli necə qoyulub?

- Mən anama çox bağlı idim. Anaya qarşı sevgim çox böyük olub. Onu deyim ki, insanda sevgi anadan qaynaqlanır. Bütün anaların əllərindən öpürəm.

- Sizə görə yaxşı müəllim hansı xüsusiyyətlərə sahib olmalıdır?

- İlk növbədə yaxşı müəllim, yaxşı insan olmalıdır. Mən bütün tələbələrimlə səmimiyəm. Hətta elə ünsiyyətimiz var ki, valideynlərlə belə danışırıq. Vaxt mənə görə çox dəyərlidir. Yaxşı müəllim vaxtını tələbələri ilə bölüşməlidir.

Fidan İlqar

 

 

 

 

 

 

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 18:45

Sumqayıtda yağışın fəsadları ilə mübarizə davam edir - VİDEO

İdman
Dünən, 18:12

Sumqayıtlı cüdoçu Avropa çempionatını buraxmalı olacaq

Cəmiyyət
Dünən, 17:50

Nasaz avtobuslar təmir olundu: AYNA-dan 33 nömrəli marşrutla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıt Sənaye Parkında bu məbləğdə məhsul satılıb

Bütün xəbərlər
Dünən, 16:20

Həmin ailənin iki uşağı ƏLİNDƏN ALINDI

Bütün xəbərlər
Dünən, 16:20

Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:38

Birinci sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək

Cəmiyyət
Dünən, 14:58

Sumqayıtın təhsil ocaqlarında maarifləndirici məşq

Cəmiyyət
Dünən, 14:40

Sarayda yaşayış binasında yanğın

Cəmiyyət
Dünən, 13:37

"TikTok"da tanış olduğu qadınla intim görüntülərini ərinə göndərdi, pul istədi - MƏHKƏMƏ

İdman
Dünən, 12:53

"Sumqayıt"ı Tovuz səfəri gözləyir

Cəmiyyət
Dünən, 12:11

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

İdman
Dünən, 11:31

"Sumqayıt"ın qapısına təyin edilən penalti SƏHV İMİŞ…

Bütün xəbərlər
Dünən, 10:51

Sumqayıt universiteti xarici əlaqələrini GÜCLƏNDİRİR

İdman
Dünən, 10:11

"Sumqayıt"ın məşqçisi futbolçu ilə əlbəyaxa olub? - AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:31

Sumqayıtda keçən il neçə ailə dağılıb?

Cəmiyyət
08 aprel 2026, 18:30

Sumqayıtlı məktəblilər olimpiadada ZƏKALARI ilə SEÇİLDİLƏR

Cəmiyyət
08 aprel 2026, 18:00

Sumqayıtda yağışın fəsadları ilə mübarizə davam edir

Bütün xəbərlər
08 aprel 2026, 17:23

Dağıdıcı zəlzələ gözlənilir? - Seysmoloqdan AÇIQLAMA

İdman
08 aprel 2026, 17:14

"Sumqayıt"ın legioneri "Qəbələ" ilə oyuna hazır olacaq

Cəmiyyət
08 aprel 2026, 16:52

Sumqayıtda dizi ilə avtobus idarə edən sürücü İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
08 aprel 2026, 16:43

Sumqayıtda "zibil qalmaqalı" böyüyür

Bütün xəbərlər
08 aprel 2026, 16:03

Sumqayıtda bu yol sürücüləri ziyana salır

Cəmiyyət
08 aprel 2026, 15:28

Prezident İlham Əliyev ABŞ-la atəşkəsə görə Pezeşkianı təbrik edib

Oxşar xəbərlər