"SOCAR-STP" şirkəti “ASME Joint Review” – Təkrar Sertifikasiya Auditini müvəffəqiyyətlə keçib. Bu haqda 5 aprel tarixində Sumqayıt24 xəbər verir.
STP Şirkətlər Qrupuna daxil olan müəssisənin ASME (The American Society of Mechanical Engineers) və NBBI (The National Board of Boiler and Pressure Vessel Inspectors) kimi beynəlxalq mühəndislik qurumları tərəfindən əldə olunmuş “S”, “U”, “U2” və “R” sertifikatlarının müddəti daha 3 il uzadılıb.
"SOCAR-STP" Azərbaycan ilə yanaşı, bütün regionda ilk və yeganə şirkətdir ki, qeyd olunan sertifikatlara malikdir.