top
Sosial müavinətlər artırıldı
12 iyun 2025, 06:32
- +

Sosial müavinətlər artırıldı

Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sumqayit24.az xəbər verir ki, fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;

- ailə başçısını itirməyə görə 140 manat;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;

- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;

- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;

- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat;

- uşağın anadan olmasına görə 600 manat;

- dəfn üçün 600 manat.

Bundan başqa, iyulun 1-dən Prezident təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən olunub:

- “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 200 manat;

- Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2 000 manat;

- şəhid ailəsi üçün 700 manat;

- 20 Yanvar şəhidinin ailəsi üçün 700 manat;

- Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat;

- müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;

orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;

orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat;

ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat;

- ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat.

Eyni zamanda, iyulun 1-dən Prezidentin fərdi təqaüdünün məbləği 1 700 manat, fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat müəyyən edilib.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Son xəbərlər

İdman
Dünən, 21:00

"Sumqayıt" baş məşqçi Saşa İliçlə bağlı qərar verib

Cəmiyyət
Dünən, 20:30

Sumqayıtda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 20:00

Sumqayıtda bacanaqların mübahisəsi MƏHKƏMƏDƏ bitdi

Bütün xəbərlər
Dünən, 19:30

Sumqayıtda sabah 17 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda kürəkən gəlinin əmisini döydü

İdman
Dünən, 18:27

"Sumqayıt"ın qızları tərləmədən qələbə qazandılar

İdman
Dünən, 18:00

Sumqayıtlı qız Avropa kubokunun gümüş mükafatçısı oldu

Bütün xəbərlər
Dünən, 17:37

Sumqayıtda yeni Göz Mərkəzi açıldı

Bütün xəbərlər
Dünən, 17:25

Sumqayıtda uşaqlar üçün tamaşa olacaq

Cəmiyyət
Dünən, 16:52

Sumqayıtda yağış getdi, fəsadları isə hələ də qalır

Cəmiyyət
Dünən, 16:44

Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib

Cəmiyyət
Dünən, 16:12

Sumqayıtda sürücü avtobusu dizi ilə idarə etdi

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtda bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bütün xəbərlər
Dünən, 15:29

"Qurtuluş"un rəhbəri və əməkdaşları HƏBSDƏ QALDILAR

İdman
Dünən, 14:46

"Sumqayıt" həlledici oyuna çıxır

Bütün xəbərlər
Dünən, 14:15

Deputatdan insanlara çağırış: "Cəmiyyətdə ciddi israfçılıq var"

Bütün xəbərlər
Dünən, 13:35

Müəllimlərin nəzərinə - Sumqayıt məktəbinə İŞÇİ AXTARILIR

Cəmiyyət
Dünən, 12:52

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan beşinin vəziyyəti ağırdır

Cəmiyyət
Dünən, 12:23

Ceyranbatan sakinləri sussuz qalıblar

Cəmiyyət
Dünən, 11:32

Sarayda sex yanıb

Bütün xəbərlər
Dünən, 10:50

Sumqayıtda pensiyalar bu tarixdə ödəniləcək

Bütün xəbərlər
Dünən, 10:15

Bakı-Sumqayıt yolunda tapılan uşaq valideynlərinə təhvil verilib

Cəmiyyət
Dünən, 09:26

Sumqayıtda yağışın fəsadları ilə mübarizə davam edir

Cəmiyyət
06 aprel 2026, 19:00

Sumqayıta gecə yağış yağa bilər

Oxşar xəbərlər