top
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları DƏYİŞDİ 
16 iyul 2025, 06:44
- +

Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları DƏYİŞDİ 

Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün tələb olunan sənədlərin əhatə dairəsi genişləndirilir.

Sumqayit24.az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kirayə müqavilələri, mənzilin verilməsinə dair sərəncamda və dövlət və ya ictimai mənzil fonduna daxil olan mənzilin xüsusi mülkiyyətə verilməsi barədə yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar və ya müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar ilə hüquq əldə edən arasında notariat qaydasında təsdiq edilmiş müqavilələrdək göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edəcək.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçiriləcək.

Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlərin tərkibi də dəyişir.

Aşağıdakı sənədlər də tələb olunacaq:

- yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla);”;

-Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:

- şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr;”;

- 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar;

- yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

- yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;”;

- sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;

- yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;

-yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə)”.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 19:00

Sumqayıta gecə yağış yağa bilər

Cəmiyyət
Bu gün, 18:30

Bakı-Sumqayıt yolunda qalan avtomobil, üstündə gözləyən sürücü

Cəmiyyət
Bu gün, 18:00

Sumqayıtda uşaqları dəm qazından zəhərlənən ailə nəzarətə götürüldü

Cəmiyyət
Bu gün, 17:15

"Obyektlər şəhəri"nə çevrilən Sumqayıtımız

Cəmiyyət
Bu gün, 16:30

Sumqayıt yağış sularına "bürünüb"

Cəmiyyət
Bu gün, 15:58

Sumqayıtda bu ailənin 2 uşağı dövlət müəssisəsinə yerləşdiriləcək

Bütün xəbərlər
Bu gün, 15:30

Bakı-Xırdalan-Sumqayıt qatarına daha bir dayanacaq əlavə olunur

Cəmiyyət
Bu gün, 14:43

Sumqayıtda yağış suları evlərə dolur - Şikayət

Cəmiyyət
Bu gün, 13:46

İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib

Cəmiyyət
Bu gün, 13:26

Sumqayıtda DƏHŞƏT - Bıçaqlı şəxs azyaşlıları təhdid edir

Cəmiyyət
Bu gün, 12:34

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı

Cəmiyyət
Bu gün, 12:27

Sumqayıtda yağış həyatı iflic etdi

Cəmiyyət
Bu gün, 10:22

Sumqayıta yağış bu vaxta kimi yağacaq

Cəmiyyət
Bu gün, 09:26

ADY: Bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

İdman
Dünən, 15:30

Bir nəslin futbol müəllimi: Sumqayıtdan başlayan yol

İdman
04 aprel 2026, 17:57

"Sumqayıt" BK paytaxt klubu ilə qarşılaşdı

Bütün xəbərlər
04 aprel 2026, 17:57

Raquf Orucovun anım mərasimi keçirildi

Bütün xəbərlər
04 aprel 2026, 17:17

Sumqayıtın deputatı gücünü futbolda sınadı

Bütün xəbərlər
04 aprel 2026, 16:37

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
04 aprel 2026, 15:57

Sumqayıtda sabah yağış yağa bilər

Bütün xəbərlər
04 aprel 2026, 15:17

Sumqayıt xəstəxanasında işçilər vətəndaşlarla dalaşıb?

Bütün xəbərlər
04 aprel 2026, 14:37

Sumqayıtda evlər su altında qalıb

İdman
04 aprel 2026, 13:57

"Sumqayıt" - "Neftçi" dueli - RƏQƏMLƏRİN GÖZÜ İLƏ

Bütün xəbərlər
04 aprel 2026, 13:17

"Murov qartalı"nın şəhid olduğu gündür…

Oxşar xəbərlər