Sumqayıt Texnologiyalar Parkının nümayəndələri müəllim və tələbələrlə görüşüb. Sumqayıt24 bu haqda AzEdu.az-a istinadən xəbər verir.
Görüş UNEC-də baş tutub. Burada İqtisadiyyat fakültəsinin müəllim və tələbələri iştirak ediblər. Fakültənin dekanı, dosent Elçin Eyvazov universitetin fəaliyyəti barədə ətraflı məlumat verib. Belə görüşlərin tələbələrin yüksək texnoloji, innovasiya bazalı bilik və vərdişlərə yiyələnməyə marağını artırdığını bildirib. O, UNEC-lə STP arasında əməkdaşlığın qurulmasının hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.
STP-nin İnsan resursları üzrə meneceri Namiq Nağıyev tələbələrə özünüinkişafla bağlı tövsiyələrini verib. İnsan resursları üzrə aparıcı mütəxəssislər Sevda Həsənova və Şöləxanım Mirzəyeva isə texnoparkın karyera portalı barədə danışıblar.
Sonda iştirakçılar arasında “Ölkəmizi necə tanıyırıq?” mövzusunda müsabiqə keçirilib. Yüksək nəticə göstərən tələbələr mükafatlandırılıblar.
Görüşdə tələbələrin şirkətdə təcrübə proqramlarına və elmi-tədqiqatlara cəlb olunmaları ilə bağlı fikir mübadiləsi də aparılıb.