top
Su ehtiyatlarını artırmaq üçün ilk pilot layihə
25 sentyabr 2025, 01:02
- +

Su ehtiyatlarını artırmaq üçün ilk pilot layihə

“ACWA Power” şirkəti dəniz suyunun duzsuzlaşdırılması istiqamətində Azərbaycana 407 milyon ABŞ dolları həcmində investisiya yatıracaq.

Hazırda Azərbaycanda su ehtiyatlarının artırılması üçün bir neçə layihə üzərində işlənilir. Bunlardan biri yağış sularından istifadə edərək su anbarlarının sayını artırmaqdır. Digəri isə dəniz suyunun duzsuzlaşdırılmasıdır. Sonuncu proseslə bağlı artıq dünya təcrübəsi mövcuddur. Xüsusilə, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti dəniz suyunun duzsuzlaşdırılması sahəsində bir çox layihə həyata keçirib. Şirkət bu sahədə də ölkəmizlə fəal əməkdaşlıq edəcəyini bildirib. Bu məqsədlə Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF) çərçivəsində Azərbaycan hökuməti ilə "ACWA Power" arasında "Xəzər dənizində suyun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş" imzalanıb. Sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “ACWA Power”ın baş icraçı direktoru Marko Arçelli imzalayıblar. Saziş dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihə regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlib.

Məlumdur ki, Prezident İlham Əliyev ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə 2023-cü il aprelin 12-də "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb. Sərəncamda paytaxtın və ətraf ərazilərin su təchizatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Həmin il aprelin 19-da isə Baş nazir Əli Əsədov sözügedən Prezident Sərəncamının icrasının təmin edilməsi barədə müvafiq sənəd imzalayıb.

Son iki ildə layihəyə dair tədbirlərin qarşılıqlı icrasının təmin edilməsi məqsədilə dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb. Həmçinin layihənin icrası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda investorların cəlb olunması üçün müsabiqənin keçirilməsi qərara alınıb. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 2024-cü il 8 fevral tarixində müsabiqə elan olunub. Müsabiqənin qalibi isə "ACWA Power" şirkəti olub.

Bəs bu şirkəti qalib edən hansı üstünlükləridir? Bildirilir ki, "ACWA Power" müsabiqəyə təqdim olunmuş layihədə digər şirkətlərdən fərqli olaraq həm maliyyə, həm də texniki baxımdan ən səmərəli və sərfəli təkliflərlə çıxış edib. Məlumdur ki, ölkəmiz "ACWA Power"ın dünyada nüfuzlu şirkət olduğunu bildiyindən onun daha effektiv işləyəcəyinə əmindir. Bu şirkətin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin "IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş." şirkətidir.

Qeyd edək ki, dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilk pilot layihədir. Onun dəyəri 407 milyon ABŞ dolları təşkil edir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda gündəlik 300 min kubmetr su təmizlənəcək. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı "ACWA Power" tərəfindən həyata keçiriləcək. Bu pilot layihə Abşeron yarımadasının içməli suya olan artan tələbatını təmin etmək və şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Məqsəd dövlətin içməli su təchizatındakı yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etməkdir.

Yeri gəlmişkən, 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təsis edilmiş "ACWA Power" şirkəti suyun duzsuzlaşdırılması və "yaşıl" hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərir. 4 mindən çox işçisi olan şirkətin istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihəsi var. Həmin layihələrin sərmayə dəyəri 97 milyard ABŞ dolları təşkil edir. "ACWA Power" şirkətinin istehsal gücü 69 qiqavat enerji və gündəlik 8 milyon kubmetr duzsuzlaşdırılmış suya bərabərdir.

"ACWA Power" həm də ölkəmizin "yaşıl enerji" sahəsində əsas tərəfdaşlarından biridir. Şirkətin baş direktoru Marko Arçelli Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib: "Artıq biz bərpaolunan enerjiyə də sərmayə qoyuruq. İlin sonuna qədər istifadəyə veriləcək 240 meqavatlıq "Xızı–Abşeron" külək elektrik stansiyasını tikirik. Ümumilikdə ölkəyə 750 milyon dollarlıq investisiya yatırılacaq ki, bu da iqtisadiyyatı daha rəqabətqabiliyyətli və dayanıqlı etməyə, onu neft-qaz asılılığından şaxələndirməyə və turizmdən sənayeyə qədər müxtəlif sahələri cəlb etməyə kömək edəcək".

Şirkət 2024-cü ilin iqtisadi nəticələrinə görə enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti elan edilib.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Aprel döyüşlərindən 10 il ötür

Cəmiyyət
Dünən, 18:37

Sumqayıtda eyni yolda təkrar çöküş

Bütün xəbərlər
Dünən, 18:00

"Əyri Dom" arxasında ağac vandallığı - İDDİA

Bütün xəbərlər
Dünən, 17:38

Bəzi yollarda duman olacaq

Cəmiyyət
Dünən, 17:25

Sumqayıtda sabah hava dumanlı olacaq

İdman
Dünən, 16:44

Vaqif Cavadova vəzifə verildi

Cəmiyyət
Dünən, 16:06

Sumqayıtda qəza: Maşınlara ciddi ziyan dəydi

Cəmiyyət
Dünən, 16:01

Sumqayıtda avtobusun təkəri partladı – sərnişinlər yolda qaldı

Bütün xəbərlər
Dünən, 15:20

Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:40

Yağışla əlaqədar sığortalı əmlaklara milyonlarla manat ziyan dəyib

Cəmiyyət
Dünən, 13:58

Sumqayıtlı məktəbli ABŞ-də Azərbaycanı təmsil edəcək

Bütün xəbərlər
Dünən, 13:17

Samur-Abşeron kanalının ətrafı TƏMİZLƏNDİ

Cəmiyyət
Dünən, 12:36

Sumqayıtda aprel ayı hava necə keçəcək?

Cəmiyyət
Dünən, 11:55

Sumqayıtda sınıq şüşəli avtobus bərpa edilib

Bütün xəbərlər
Dünən, 11:43

Sumqayıtın mərkəzində QƏZA

Cəmiyyət
Dünən, 11:00

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Cəmiyyət
Dünən, 09:32

DİM buraxılış imtahanında iştirak edəcək şəxslərə müraciət etdi

Cəmiyyət
31 mart 2026, 19:00

Samur-Abşeron kanalının ərazisində biabırçı vəziyyət

Bütün xəbərlər
31 mart 2026, 18:30

Bakı-Sumqayıt yolu gecələr zülmətə QƏRQ OLUR

Cəmiyyət
31 mart 2026, 17:52

Sumqayıtda "Qurd dərəsi" sakinlərinin internet böhranı

Bütün xəbərlər
31 mart 2026, 17:50

Sumqayıtlı şagird ABŞ-də bilik yarışına qatılacaq

Cəmiyyət
31 mart 2026, 17:10

Sumqayıtlı şahmatçılardan qürurlandırıcı NƏTİCƏ

Cəmiyyət
31 mart 2026, 16:27

Sumqayıtda aprelin ilk günü 21 dərəcə isti olacaq

Cəmiyyət
31 mart 2026, 15:46

"Miray" ləqəbli tiktokerin həbs müddəti uzadıldı

Oxşar xəbərlər