Sumqayıtda bank əmanətlərində artım müşahidə olunur.
Sumqayit24.az xəbər verir ki, bölgüyə baxdıqda ən yüksək göstəricilərin ölkənin iri şəhərlərində, habelə Sumqayıtda qeydə alındığı müşahidə olunur.
Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın rəsmi məlumatları əsasında apardığı təhlilə əsasən, 2025-ci ilin 1 iyun tarixinə olan statistikaya görə, əhalinin banklardakı ümumi əmanətlərinin 13,28 milyard manatı Bakı şəhərinin, 357,2 milyon manat isə Sumqayıtın payına düşür.