Bu gün Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunları keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, "Sumqayıt" futbol komandası "Turan Tovuz"u qəbul edəcək.
Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, "kimyaçılar" hazırda 11 xalla 4-cü yerdə qərarlaşıb.