Tellur Mütəllimov “Sumqayıt” futbol klubu ilə yollarını ayırıb. Sumqayıt24 bu haqda 27 yaşlı yarımmüdafiəçinin sosial şəbəkə hesabına istinadən xəbər verir.
“Kimyaçılar” ilə birlikdə 2 il mübarizə aparan Tellur, vidalaşmağın onun üçün çətin olduğunu bildirib: "Burada yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, yollarımız yenidən kəsişəcək".
Qeyd edək ki, Tellur Mütəllimov cəzalı olduğu üçün Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı matçlarında iştirak edə bilmir.