Sumqayıt əhalisinin sayı 0,2 % artıb. Sumqayıt24 bu haqda bu gün, 23 mart tarixində Xeberle.com-a istinadən xəbər verir.
Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən verilən məlumata əsasən, 1 yanvar tarixinə olan göstəriciyə görə, əhalinin sayı 347,2 min nəfər olub. Sumqayıt şəhərində 309,9 min, H.Z. Tağıyev qəsəbəsində 23,6 min, Corat qəsəbəsində isə 13,7 min nəfər yaşayır.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 700 nəfər artım olub.