Sumqayıt Poeziya evində gənc yazıçı Gülnaz Nağızadənin “Qordi düyünü” romanının təqdimat və imza günü keçirilib. Sumqayıt24 bu haqda bu gün, 23 may tarixində DünyaTV-yə istinadən xəbər verir.
Sumqayıtda təhsil almış gəncin təqdimat mərasimində millət vəkilləri, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, yazıçının qələm dostları və yaxınları iştirak ediblər. Tədbir zamanı Gülnaza Dünya Gənc Türk Yazarlar Birliyinin üzvlük vəsiqəsi təqdim edilib.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olan Gülnazın bundan əvvəl “Xoşbəxtlik qapını döyür” və “Femidanın gözləri” əsərləri işıq üzü görmüşdür.