Məişət tullantıları poliqonunda yanğın baş verib. Bu haqda bu gün, 4 aprel tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə bu gün saat 10:00 radələrində qeydə alınıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, idarənin əməkdaşları tərəfindən araşdırma və monitorinqlər aparılır. Onlar atmosferə atılan tullantıların miqdarını müəyyənləşdirirlər.