Sumqayıt məktəbliləri respublika olimpiadasında 13 medal qazanıb. Sumqayıt24 bu haqda bu gün, 25 may tarixində Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Olimpiada riyaziyyat, biologiya, fizika və informatika fənləri üzrə keçirilib. Nəticələrə görə, şəhərimizi təmsil edən 12 nəfər bürünc, 1 nəfər isə gümüş medal qazanıb. Onlardan 9-u Təbiət elmləri təmayüllü gimnaziyanın, digərləri isə Texniki və təbiət elmləri liseyinin, 11, 21 və 23 nömrəli məktəblərin şagirdləridir.