top
“Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyinə YENİ TƏYİNAT
04 avqust 2025, 23:44
- ↺ +

“Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyinə YENİ TƏYİNAT

“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişiklik edilib.

Sumqayit24.az xəbər verir ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayevin təyin edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda şirkətin Baş İcraçı Direktoru vəzifəsinə Ələkbər Abbaslının, Müşahidə Şurasına üzv vəzifəsinə isə Kamran Nəbizadənin təyin olunmasına dair qərar qəbul edilib.

Mir Camal Paşayev uzun illər "PAŞA Qrup"a daxil olan strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib, korporativ idarəetmə və strateji planlaşdırma sahəsində zəngin təcrübə qazanıb. Bu baxımdan, yeni sədrin rəhbərliyi STP-nin institusional gücünü daha da artıracaq və dayanıqlı inkişafına töhfə verəcək.

Ələkbər Abbaslı 2023-2024-cü illərdə STP-nin Müşahidə Şurasının üzvü olub. Yeni Baş İcraçı Direktor daha əvvəl SOCAR, "Equinor", "Ernst & Young", "PwC", "PAŞA İnşaat" və bir sıra digər iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Onun fəaliyyəti energetika və tikinti sahələrini əhatə edir və bu da öz növbəsində STP-nin növbəti inkişaf mərhələsinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Kamran Nəbizadə, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Karyerası ərzində SOCAR, LUKOIL və "Azərbaycan Sənaye Korporasiyası" ASC kimi qurumlarda rəhbər vəzifələrdə çalışıb, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olaraq beynəlxalq parlament əməkdaşlığı və sənaye siyasətləri sahəsində fəal iştirak edib.

Yeni rəhbər heyətin iştirakı ilə STP əməliyyat səmərəliliyinin artırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyən transformasiya mərhələsinə start verib.

Bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, Baş İcraçı Direktor vəzifəsini isə Hicran Valehov icra edirdi.

Hazırda STP Şirkətlər Qrupu 250 hektarlıq ərazidə, 30-dan çox istehsalat sahəsi ilə fəaliyyət göstərir və 2000-dən artıq əməkdaş çalışır. Şirkət “Made in Azerbaijan” brendi altında Avropa, Rusiya, Türkiyə və Orta Asiya bazarlarına yüksək keyfiyyətli məhsullar ixrac edir.

Son xəbərlər

İdman
Dünən, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Dünən, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Dünən, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Dünən, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Dünən, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Dünən, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Dünən, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Dünən, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Dünən, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Dünən, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Dünən, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 09:33

Sumqayıtda hakimə ağır itki üz verdi

Bütün xəbərlər
Dünən, 09:13

Sumqayıtda sayt rəhbərlərini təhqir edən qadın saxlanılıb

Bütün xəbərlər
24 sentyabr 2026, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
24 sentyabr 2026, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
24 sentyabr 2026, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
24 sentyabr 2026, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
24 sentyabr 2026, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
24 sentyabr 2026, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
24 sentyabr 2026, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Oxşar xəbərlər