Sumqayıt Tibb Mərkəzinin camaşırların yuyulması, ütülənməsi və çatdırılması xidmətlərinin satın alınması üzrə keçirdiyi müsabiqənin qalibi müəyyənləşib.
Sumqayit24.az etender.gov.az-a istinadən xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Steel Materials" MMC olub. Tərəflər arasında bağlanan müqavilənin məbləği 47 min 200 manat təşkil edir.
Texniki şərtlərə əsasən, şirkət Sumqayıt Tibb Mərkəzinə tabe 4 tibb müəssisəsindən çirkli camaşırları həftədə üç dəfə təhvil alacaq, onları yuyub, ütüləyərək yenidən müəssisələrə çatdıracaq.