top
Sumqayıt və Çağ Universitetləri arasında MEMORANDUM
10 iyul 2025, 06:19
- ↺ +

Sumqayıt və Çağ Universitetləri arasında MEMORANDUM

Sumqayıt Dövlət Universitetində (SDU) beynəlxalq tərəfdaşlıq istiqamətində görüş keçirilib.

Sumqayit24.az xəbər verir ki, Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Çağ Universitetinin rektoru, professor Murat Koç SDU-da olub. Universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinə toxunaraq, bu əlaqələrin elm və təhsil sahəsində də strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Bildirilib ki, SDU Türkiyənin müxtəlif ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurub və bu tərəfdaşlıq uğurla davam etdirilir. Hər il universitetin tələbələri “SOCAR Türkiyə” şirkətində istehsalat təcrübəsi keçərək praktiki biliklərini artırmaq imkanı qazanırlar. Professor Əminağa Sadıqov çıxışında həmçinin Sumqayıt Dövlət Universitetinin sənaye şəhərinin yeganə ali təhsil müəssisəsi kimi regionun elmi və pedaqoji potensialının formalaşmasında mühüm rol oynadığını qeyd edib.

O, universitetin keçdiyi tarixi inkişaf yolunu, son illərdə əldə olunan uğurları və aparılan elm və tədris islahatlarını diqqətə çatdırıb. Bildirib ki, klassik universitet modelinə malik olan Sumqayıt Dövlət Universitetində kadr hazırlığı çoxprofilli xarakter daşıyır. Burada müxtəlif sahələr üzrə mütəxəssis hazırlığı ilə yanaşı, pedaqoji ixtisaslar üzrə də peşəkar kadrların yetişdirilməsi həyata keçirilir. Universitet müasir təhsil və tədqiqat mühitinin yaradılmasına xüsusi önəm verərək, bu istiqamətdə qlobal təhsil trendlərinə uyğun ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir.

Məhz bunun nəticəsi olaraq, Sumqayıt Dövlət Universiteti ilk dəfə olaraq dünyanın nüfuzlu ali təhsil müəssisələrini əhatə edən “QS 2026 Dünya Universitetləri Reytinqi” siyahısında yer almağa nail olub.

Professor Murat Koç da səmimi qarşılanmaya görə təşəkkürünü bildirib və rəhbərlik etdiyi universitetin strukturu, akademik proqramları və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verib. Qonaq çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin, ələlxüsus Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Bu çərçivədə Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq qərarının təsadüfi olmadığını qeyd edərək, SDU-nun regionun aparıcı ali təhsil ocaqlarından biri kimi elmi potensialı, beynəlxalq fəallığı və davamlı inkişaf dinamikasının bu seçimdə həlledici rol oynadığını bildirib. O, bu görüşün gələcəkdə iki ali məktəb arasında daha sıx və məhsuldar əməkdaşlığa zəmin yaradacağına inandığını vurğulayıb.

Görüş çərçivəsində tərəflər arasında ali təhsil sahəsində mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Akademik və tələbə mübadiləsi, birgə elmi tədqiqat layihələri, konfrans və tədbirlərin təşkili, həmçinin universitetlərin strateji inkişaf planları ətrafında fikir mübadiləsi aparılıb. Hər iki tərəf belə görüşlərin qarşılıqlı təcrübə mübadiləsi və elmi tərəfdaşlıq üçün mühüm platforma olduğunu qeyd edərək, gələcəkdə konkret layihələr üzərində əməkdaşlığa başlamağa hazır olduqlarını bildirib və anlaşma memorandumu imzalayıblar.

Sonda qonaq SDU-nun İnnovasiya Yaradıcılıq Mərkəzi, həmçinin geniş və yaşıllıqlarla əhatə olunmuş kampusu ilə tanış olub. Ona universitetin infrastrukturu, tədris mühiti və elmi-təhsil imkanları barədə ətraflı məlumat verilib

 

Son xəbərlər

İdman
Dünən, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Dünən, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Dünən, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Dünən, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Dünən, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Dünən, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Dünən, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Dünən, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Dünən, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Dünən, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Dünən, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 09:33

Sumqayıtda hakimə ağır itki üz verdi

Bütün xəbərlər
Dünən, 09:13

Sumqayıtda sayt rəhbərlərini təhqir edən qadın saxlanılıb

Bütün xəbərlər
24 sentyabr 2026, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
24 sentyabr 2026, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
24 sentyabr 2026, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
24 sentyabr 2026, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
24 sentyabr 2026, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
24 sentyabr 2026, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
24 sentyabr 2026, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Oxşar xəbərlər