top
Sumqayıtda 18 nəfəri aldatdığı deyilən qadın məhkəməyə gəlmir
23 aprel 2025, 05:10
- ↺ +

Sumqayıtda 18 nəfəri aldatdığı deyilən qadın məhkəməyə gəlmir

Sumqayıtda qadın 18 nəfərə qarşı dələduzluqda ittiham olunur. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Musavat.com xəbər verir ki, 18 nəfərin şikayətçi olduğu qadın Zərinə Səfixanovadır. O, bir müddət rus dili müəllimi, sonra da özəl bağçalardan birinin direktoru kimi fəaliyyət göstərib. Bağçanı bağlasa da, son zamanlar onun yenidən eyni sahədə çalışmağa başladığı bildirilir.

Zərinə Səfixanova etibarını qazandığı, münasibət yaratdığı şəxslərdən uşağının xəstə olması adı ilə pul alıb. Uşağının ilk əməliyyatının Ege Hospitalda, ikinci əməliyyatının isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu deyən Z.Səfixanovanın yalanının üstü açılıb.

Aldadılan şəxslər başa düşüblər ki, onun övladı yoxdur.

Səfixanova sonradan zərərçəkmiş şəxslərin telefonlarına cavab verməyib və onların pulunu qaytarmayıb.

Çoxsaylı şikayətlərdən sonra Zərinə Səfixanova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həbs edilməyən Z.Səfixanova məhkəmənin çağırışlarına məhəl qoymur.

Onun cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə araşdırılır. Artıq səkkiz məhkəmə iclası keçirilib və təqsirləndirilən şəxs üçüncü dəfədir məhkəmənin çağırışlarını nəzərə almır.

Maraqlıdır ki, Z.Səfixanova aprelin 15-də baş tutan sonuncu iclasa gəlməyib. Buna görə də məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb, hakim növbəti iclas günü üçün vaxt təyin etməyib. Belə çıxır ki, Z.Səfixanovanın gəlişi gözlənilir.

Hakim Səfixanovanın məhkəməyə gətirilməsinə nail ola bilmir. Onun barəsində məcburi gətirilmə qərarının çıxarılmasına da tərəddüd edir. Hakimin katibi zərərçəkmiş şəxslərin məhkəməyə gəlməsinin vacib olduğunu deyərək bir-bir onlara zəng edir. Zərərçəkmişlər məhkəməyə getsə də, Z.Səfixanova məhkəməyə gəlmir.

Onu da qeyd edək ki, sonuncu iclasda hakim Zərinə Səfixanovanın 29 həftəlik hamilə olduğunu deyərək onun barəsində məcburi gətirilmə qərarının çıxarıla bilməyəcəyini deyib. Lakin təqsirləndirilən şəxsin hamilə olması ilə bağlı rəsmi sənəd yoxdur və şifahi olaraq məhkəməyə verilən məlumatdır. Həm də 29 həftəlik hamiləlikdə məhkəməyə gəlmək olmur?

Zərərçəkmiş şəxslər məhkəməyə maddi zərərlə yanaşı, mənəvi ziyanla bağlı iddialarını da təqdim ediblər.

Məhkəmə proseslərinin əsassız səbəblərlə təxirə salınması, Səfixanovanın məhkəməyə saymazyana münasibəti zərərçəkmiş şəxsləri təngə gətirib. Buna görə də zərərçəkmiş şəxslər Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə və Sumqayıt Şəhər Məhkəməsinin sədrinə təqdim etmək üçün müraciət hazırlayıblar.

Qeyd edək ki, iki il öncə Z.Səfixanovanın səs yazısı yayılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
Bu gün, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
Bu gün, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
Bu gün, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
Dünən, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Dünən, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Dünən, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Dünən, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Dünən, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Dünən, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Dünən, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Dünən, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Dünən, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Dünən, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Dünən, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Oxşar xəbərlər