Bu gün Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə 23 il əvvəl baş verən partlayışda ölənlərin xatirəsi yad edilib. Bu haqda bu gün, 19 may tarixində Sumqayıt şəhər 8 nömrəli orta məktəbin Facebook səhifəsinə istinadən xəbər veririk.
Anım mərasimində məktəb heyəti, faciə nəticəsində ölənlərin valideyn və sinif yoldaşları iştirak ediblər. Həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, 19 may 1999-cu ildə saat 09:30 radələrində hərbi dərsdə RQD-55 əl qumbarasının partlaması nəticəsində 17 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almış, 5 nəfər şagird və müəllim Vilyam Məmmədov həlak olmuşdur.