Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "DəmirBank" ASC-nin balansındakı Sumqayıtda yerləşən əmlak açıq hərraca çıxarılacaq.
Müsabiqə avqustun 19-da saat 11:00-da "Bakı Hərrac Mərkəzi"ndə keçiriləcək.
Satışa çıxarılan əmlak Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsində yerləşir. Obyekt istifadədə olan 0,01518 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 126,5 kvadratmetr olan qeyri-yaşayış binasından ibarətdir.
Əmlakın ilkin satış qiyməti 260 min manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər satış qiymətinin 5 faizi həcmində beh ödəməlidirlər. Alış qiyməti isə hərracın nəticəsindən sonra 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.
Hərracda iştirak üçün fiziki şəxslər şəxsiyyət vəsiqəsini, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər.