Sumqayıtda daha bir məktəb "Əsgərə məktub” layihəsinə qoşulub. Bu haqda Abşeron - Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Beləliklə, 31 nömrəli məktəbin icma əsaslı məktəbəqədər təhsil qrupunda iştirak edən hər bir uşaq "ASAN Könüllüləri” təşkilatının üzvləri ilə birlikdə əsgərlərə məktub yazıb. Məktubda balacaların Azərbaycan əsgərlərinə olan ürək sözləri ifadə olunub.
Sonda könüllülərlə birlikdə xatirə şəkli çəkilib.