top
Sumqayıtda avtobus sürücüsü döyüldü
08 aprel 2025, 09:52
- ↺ +

Sumqayıtda avtobus sürücüsü döyüldü

Sumqayıt şəhərində tanışlar arasında insident baş verib.

Demokrat.az-ın məlumatına görə, hadisə 3-cü mikrorayonda yerləşən “Aviakassa”nın qarşısında baş verib. Yaşar adlı şəxs mübahisə zamanı tanışı Səbuhinin ağız nahiyəsinə yumruqla vuraraq ona xəsarət yetirib.

Hadisəni törədən Yaşarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar bildirib ki, bir müddət əvvəl işdən çıxıb:

“Bu məqsədlə iş axtardım və bu zaman Səbuninin “Mitsibushi Rosa” markalı avtomobilə sürücü axtardığını eşitdim. Söhbət zamanı Səbuhi maşınını sürməyimi, pula əl vurmamağımı, pula nəzarət etmək üçün maşında bir nəfər şəxsin olacağını, mənə də gündəlik 40-50 manat pul verəcəyini dedi. Bununla bağlı bizim aramızda razılıq əldə olundu”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra avtobuslara nəzarət edən qurumun əməkdaşları maşına əlavə avadanlıq qoşulduğu üçün maşına 150 manat cərimə yazıblar:

“Mən bunu Səbuhiyə bildirdim. Təxminən maşını götürdükdən 1 həftə sonra geri qaytardım. Daha sonra hadisə günü 3-cü mikrorayonda “Aviakassanın” qarısında olan zaman Səbuhi yaxınlaşaraq nalayiq ifadə işlətdi, nə üçün maşının cəriməsini ödəmədiyimi soruşdu. Cərimənin mənim səhvinə görə deyil, maşında olan əlavə avadanlıqla bağlı yazıldığını dedim. Bu zaman Səbuhi o cəriməni deyil, başqa cəriməni nəzərdə tutduğunu dedi. Mən də sürücülük vəsiqəsində olan bütün cərimələri ödədiyimi bildirdim. Bu zaman Səbuhi yenə nalayiq ifadə işlətdi. Mən də ona eyni formada cavab verdim. Bu zaman uzaqlaşaraq getmək istədikdə yenə arxamca söydü. Mən də geri qayıdaraq yumruq zərbəsi ilə onun ağız nahiyəsindən vurdum. Səbuhi vurduğum yumruğun təsirindən yerə yıxıldı. Bundan sonra uzaqlaşaraq getdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbuhinin sözlərinə görə, “Mitsubishi Rosa” markalı avtomobili var:

“Həmin avtomobil ilə Bakı-Sumqayıt yolunda sərnişin daşınması ilə məşğul oluram. Həmçinin, həmin maşını gündəlik icarə əsasında da başqa şəxslərə icarəyə verirəm. Dializ xəstəsi olduğum üçün Astara rayonuna xəstəxanaya getdim. Xəstəxanaya gedən zaman da qeyd etdiyim avtomobili Yaşara gündəlik 40 manat ödəniş qarşılığında icarəyə verdim. Geri qayıtdıqdan sonra avtomobilin cərimələri olduğunu gördüm. Bununla əlaqədar olaraq dəfələrlə Yaşarla mobil telefonla əlaqə saxladım. Lakin Yaşar zənglərimə cavab vermədi. Bundan sonra həmin cərimələri özüm ödədim”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində Yaşarla qarşılaşıb:

“Ona qayda pozuntusu etdiyini, cərimələri onun əvəzindən ödədiyimi dedim. Yaşar cərimələri özünün ödədiyini iddia etdi. Bundan sonra aramızda mübahisə yarandı və Yaşar özünün cərimələri ödədiyini iddia edərək nalayiq ifadə işlətdi. Bu zaman mən də ona qarşılıq verdim. Daha sonra Yaşar yumruq zərbəsi ilə ağız nahiyəmdən vurdu. Bundan sonra yerə yıxıldım”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yaşar 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
Bu gün, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
Bu gün, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
Bu gün, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
Bu gün, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
Bu gün, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
Dünən, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Dünən, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Dünən, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Dünən, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Dünən, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Dünən, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Dünən, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Dünən, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Dünən, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Dünən, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Dünən, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Oxşar xəbərlər