Sumqayıtda “Fenix Trade” MMC-yə məxsus qida məhsulları məhv edilib. Sumqayıt24 bu haqda 12 may tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Belə ki, “Təhlükəli Tullantılar” MMC-nin poliqonunda ümumi çəkisi 960 kq olan istehlaka yararsız balıq məhsulları və alkoqolsuz içkilər utilizasiya olunub.