Sumqayıtda zirzəminin naməlum şəxslərə verilməsi sakinlərdə narahatlıq doğurub.
Məsələ ilə bağlı Sumqayit24.az-a müraciət edən 1-ci məhəllə, blok 2-nin sakinləri bildiriblər ki, onlara məxsus zirzəmi müəyyən şəxslərə verilib.
Vətəndaşların məlumatına əsasən, zirzəmidə onların su mühərriki və su boruları yerləşir.
“Bizdən xəbərsiz həmin zirzəmini başqa bir adama təhvil vermək istəyirlər. 227.1-ci maddəyə əsasən sakinlərə məxsus zirzəmi heç kim tərəfindən satıla və ya özgəninkiləşdirilə bilməz”,- deyə şikayətçilərdən biri bildirib.
Sözügedən vəziyyətlə bağlı vətəndaşlar "102” xidmətinə, həmçinin prokurorluq və icra hakimiyyətinə müraciət ediblər.
Şikayətçilər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və problemin tezliklə həll edilməsini tələb edirlər.