Sumqayıtda yolun bir hissəsi çöküb.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə Üzeyir Hacıbəyli küçəsində baş verib.
Çökmə ilə əlaqədar əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunub və problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Məlumat üçün bildirək ki, adıçəkilən küçənin müxtəlif hissələrində daha əvvəl də çökmələr qeydə alınıb. Belə ki, 13 noyabr tarixində ərazidə yolun bir hissəsi çökmüşdü. Bir neçə ay öncə isə küçənin başqa bir hissəsində oxşar hadisə baş verib və yol təmir olunub. Beləliklə, Üzeyir Hacıbəyli küçəsində üçüncü dəfə çökmə qeydə alınıb.