Sumqayıtın mikrorayonlarından birində yolun vəziyyəti ciddi narahatlıq doğurur.
Sumqayit24.az-a bu barədə şəhər sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, Cümə məscidinin yaxınlığında yerləşən yolda asfalt örtüyü dağılıb və iri çuxur əmələ gəlib.
Sakinlər iddia edirlər ki, çökəklik səbəbindən avtomobillərdən biri yolda hərəkətini davam etdirə bilməyib.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və yoldakı problemin həll olunmasını xahiş edirlər.