top
Keçmiş DİM sədri BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yaydı
Bu gün, 11:27
- ↺ +

Keçmiş DİM sədri BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yaydı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olundum. Mənə göstərdiyi etimada görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".

Sumqayit24.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

"Bu təyinat mənim üçün böyük şərəfdir. Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm.
Dünən DİM-də doğma kollektivimlə sağollaşdım. Birlikdə keçirdiyimiz illəri düşünəndə yadıma bu sistemi addım-addım qurduğumuz günlər düşdü. Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər işləyirdik. Bu gün isə o gecələrdə çiyin-çiyinə çalışıb qurduğumuz, hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi ürək rahatlığı ilə həmkarlarıma həvalə edirəm.

1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırdığımız günləri yaxşı xatırlayıram. O vaxt bu, bizim üçün həm yenilik idi, həm də çətin bir iş. Sonralar da belə işlərdən çəkinmədik. İstəyirdik ki, ölkənin harasında yaşamasından asılı olmayaraq, hər kəs imtahanın qaydalarını aydın bilsin, lazım olan məlumatı özü tapa bilsin və nəticəsinə etibar etsin. Bu işə hamımız könlümüzü qoyduq.

İlk illərdən yanımda olan həmkarlarıma da, son illərdə bizə qoşulanlara da ürəkdən təşəkkür edirəm. Yeni həmkarlarımızın "Bunu başqa cür edə bilərikmi?" sualı ilə başlayan neçə söhbətimiz sonradan birgə gördüyümüz işə çevrildi. İllərin təcrübəsi ilə onların həvəsi bir araya gələndə mən özüm də çox şey öyrəndim. Sizinlə işləməkdən həmişə zövq almışam. Bu gün bunu bir daha demək istədim.

Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır.

Universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməli, gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.

İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, ötən gün Məleykə Abbaszadə Prezident İlham Əliyev Sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib və Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda pəncərədən yıxılan yazıçının vəziyyəti orta ağırdır

Bütün xəbərlər
Bu gün, 10:13

Sumqayıtın da daxil olduğu təhsil idarəsinə yeni müdir təyin edildi

İdman
Bu gün, 09:15

"Sumqayıt" bu gün doğma meydanda "Sabah"ı qəbul edir

Bütün xəbərlər
Bu gün, 00:15

Qarakənd faciəsindən 35 il ötür…

Bütün xəbərlər
Bu gün, 00:01

Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 19:15

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Dünən, 18:45

Sumqayıtda 37 kilometr sahilboyu ərazi yoxlanılıb

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıt Elektrik Stansiyasında ümumi istehsalın həcmi açıqlanıb

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda yük avtomobilində meyit tapıldı

Bütün xəbərlər
Dünən, 17:45

Bakı-Sumqayıt yolunda kanalizasiya quyuları açıq qalıb

Bütün xəbərlər
Dünən, 17:38

Gözəllik salonu açmaq istəyənləri aldatdı - Sumqayıtda 540 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 17:14

Sumqayıt Avtovağzalının yaxınlığında narahatedici vəziyyət

Bütün xəbərlər
Dünən, 16:34

Sabah hava necə olacaq?

İdman
Dünən, 16:19

"Sumqayıt"ın rəhbərliyindən SƏRT QƏRAR

Bütün xəbərlər
Dünən, 15:54

Sarayda doğuldu, milyonların sevgisini qazandı - Səyavuş Aslan

Bütün xəbərlər
Dünən, 15:19

Bakı-Sumqayıt yolunda moped "Chevrolet"lə toqquşub

İdman
Dünən, 15:14

Sumqayıt idmançılarından dünya çempionatında uğurlu nəticə

Bütün xəbərlər
Dünən, 14:34

Sumqayıt deputatından Könül Xasıyevaya: "Xalq artisti adı məsuliyyətdir"

Bütün xəbərlər
Dünən, 14:32

Sumqayıtlı gənc xanım dünya çempionatının yarımfinalında

Bütün xəbərlər
Dünən, 13:54

Sumqayıtda qanvermə aksiyasında iştirak etmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
Dünən, 13:14

FHN Sumqayıtın körpələr evi-uşaq bağçasında tədbir keçirdi

Bütün xəbərlər
Dünən, 12:34

İncəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi BAŞLAYIR

Bütün xəbərlər
Dünən, 11:54

Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirildi

Oxşar xəbərlər