"Sumqayıt" futbol komandası bu gün oyuna çıxacaq.
Sumqayit24.az xəbər verir ki, Misli Premyer Liqasının XII turunda "Sumqayıt" "Sabah"ı qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq.
Qeyd edək ki, son ölkə çempionu 21 xalla ikinci sıradadır. "Kimyaçılar" 10 xalla doqquzuncudur. Hər iki kollektivin ehtiyatda bir oyunu var.
Oyunu idarə edəcək hakimləri təqdim edirik:
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında XII tura noyabrın 22-də yekun vurulacaq.