Sumqayıtda avtobus dayanacağı təhlükəli vəziyyət yaradıb.
Sumqayit24.az- a daxil olan məlumata görə, 45-ci Məhəlləyə gedən yolda, “5” nömrəli avtobusun keçdiyi ərazidə dayanacağın dirəyi nasaz vəziyyətdədir.
Görüntüdəndə də aydındır ki, dayanacağı saxlayan dirəklərdən biri qopub. Bu isə “astanovka”nı aşmaq təhlükəsi ilə üz-üzə qoyur.
Vətəndaşlar aidiyyəti qurumlardan dayanacağın bərpa edilməsini tələb edirlər.