top
Sumqayıtda əsaslı təmirdən çıxan məktəbdə nələr dəyişib? - Reportaj
Bu gün, 17:32
- +

Sumqayıtda əsaslı təmirdən çıxan məktəbdə nələr dəyişib? - Reportaj

Yay tətilinin iki ayını artıq geridə qoymuşuq. Bir aydan sonra ümumtəhsil, ali və orta ixtisas təhsili müəssisələrində ilk zəng çalınacaq. Səhər saatlarından etibarən əlləri çiçəkli birincilər valideynləri ilə məktəbə üz tutacaq, zəng, şagird səsi ilə təhsil ocaqları yenidən canlanacaq, sinif otaqları işıqlanacaq.

Bəs görəsən ümumtəhsil müəssisələri yeni tədris ilinə necə hazırlaşır? Xüsusilə yeni tikilən və əsaslı təmir olunan məktəblər şagirdlərini ağuşuna almağa hazırdır? Şagirdləri bu məktəblərdə hansı yeniliklər gözləyir?

2 il davam edən əsaslı təmirdən sonra 2026-2027-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulan Sumqayıt şəhər 21 nömrəli tam orta məktəb barədə reportajı təqdim edirik.

Tikinti briqadiri Şahlar Qocayev diqqətə çatdırıb ki, köhnə məktəb 2 il öncə dam örtüyündən tutmuş döşəməyə qədər sökülüb və ancaq mişar daşından hörülmüş divarları qalıbmış:

 "2024-cü ilin aprel ayından məktəbdə əsaslı təmir işlərinin görülməsinə başlanıldı. Belə ki, fasad yenilənib, yeni qazanxana tikilib, 2 su anbarı quraşdırılıb, santexnika işləri görülüb. Qapılar, pəncərələr, döşəmə dəyişdirilib, aqlay, rəngləmə işləri həyata keçirilib.

Məktəbin stadionu yenidən tikilib, dam örtüyü öncə betonlanıb, montajlanaraq dəyişdirilib. Elektrik avadanlıqları, ana xətləri tamamilə yenilənib, məktəbin çöl hissəsi işıqlandırılıb. İnternet xətləri qoyulub. Yeni su sistemi, kanalizasiya xətti çəkilib. Hazırda layihə üzrə tamamlama işləri gedir. Bütün işlərin avqustun sonuna qədər bitirilməsi nəzərdə tutulur".

Məktəbin direktoru Qədir Mikayılov məktəb barədə ümumi məlumat verib.  

O, qeyd edib ki, məktəb 1971-ci ildə tikilib və layihə üzrə 1176 şagird yerlik nəzərdə tutulub: 

"Hazırda məktəbdə 1938 şagirdin təlim-tərbiyəsi ilə 126 müəllim məşğul olur. Təhsil müəssisəsində 38 sinif otağı mövcuddur. Sinif komplektinin sayı isə 78-dir. Onlardan 62-si Azərbaycan, 16-sı rus bölməsidir.

Şagirdlərimizin ali məktəblərə qəbulu ötən il 82 faiz təşkil edib.Bu ilin nəticələrinin daha yüksək olacağına ümidvarıq. Buraxılış imtahanlarında şagirdlərimiz Azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə uğurlar əldə ediblər. 14 məzunumuz 600-dən yuxarı bal toplayıb. Yeni tədris ilində daha keyfiyyətli, uğurlu nəticələrlə təhsilimizin inkişafına töhfə verəcəyik". 

Məktəbdə aparılan təmir-tikinti işləri barədə də məlumat verən direktor qeyd edib ki, təhsil ocağı Elm və Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir olunur:

"Məktəbimizdə əvvəllər məktəbəhazırlıq qrupu olmayıb. İndi isə çox gözəl məktəbəhazırlıq otağı hazırlanıb və balacaların  yolunu gözləyir. Ən müasir tələblərə cavab verən akt zalı, elektron kitabxana, müəllimlər, psixoloq və tibbi heyət üçün  otaqlar, biologiya, fizika, kimya laboratoriyaları, gənclərin çağırışaqədər hazırlığı, texnologiya, "Rəqəmsal bacarıqlar" kabinetləri yaradılıb.

Parta və avadanlıqların bir hissəsi gətirilib, digər hissəsi ilə isə sentyabrın 15-nə qədər təmin olunacaq. Bütün otaqlar işıqlandırılıb, internet xətti çəkilib. Məktəbin su problemi həll olunub. Məktəbimizdə 2020-ci ildən inklüziv sinif fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün ayrıca sanitar qovşaq istifadəyə verilib".  

21 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Sənəm Məmmədova məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı təəssüratlarını bölüşərək bildirib ki, yeni tədris ilindən tamamilə yenilənən təhsil ocağında fəaliyyət göstərəcəklər:

"Bu, müəllim və şagirdləri  sevindirir. İşıqlı, səliqəli və müasir standartlara uyğun təchiz olunmuş sinif otaqları şagirdlərimizin dərsə marağını və motivasiyasını artıracaq, müəllimlərimizin isə daha böyük həvəslə fəaliyyət göstərməsinə stimul verəcək. Sinif otaqlarından fənn kabinetlərinə, geniş dəhlizlərdən idman zalına qədər məktəbin hər bir guşəsi şagirdlərimizin rahatlığı, təhlükəsizliyi və keyfiyyətli təhsil almaları üçün yüksək zövqlə yenilənib. Bu gözəl şərait bizə yalnız qürur hissi yaşatmır,eyni zamanda üzərimizə daha böyük məsuliyyət qoyur".

Mənbə: Muallim.edu.az 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:15

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək - TARİX AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 18:00

Ölkənin ən uğurlu məktəbi boş və təmirsiz qalıb - Sumqayıtda gimnaziyadan şikayət

Bütün xəbərlər
Bu gün, 17:00

Sumqayıt şəhərinin dünyada 13 "qardaşı" var

Bütün xəbərlər
Bu gün, 16:30

"Göyərçin" abidəsi ətrafında yaşanan XAOS

Bütün xəbərlər
Bu gün, 15:55

"Sumqayıt"ın qız futbolçuları UEFA turnirində iştirak edəcəklər

Bütün xəbərlər
Bu gün, 15:33

Sumqayıtda oğlan sevgilisini dəniz sahilinə aparıb döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:03

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda uşaqlar harada üzgüçülüklə məşğul ola bilərlər? – ÜNVANLAR

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda sabah hava yağmursuz olacaq

Bütün xəbərlər
Bu gün, 13:40

"Sumqayıt"ın futbolçuları mövsümün stressini rəqslə atdılar - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtlı xanım Qubada ağır qəzaya düşüb

Bütün xəbərlər
Bu gün, 13:00

SDU-nun magistraturasına qəbul olunanların DİQQƏTİNƏ

Bütün xəbərlər
Bu gün, 12:47

Sumqayıtda texnika borunu partlatdı - KÜÇƏNİ SU BASDI - FOTO

Bütün xəbərlər
Bu gün, 12:40

Vahid aylıq müavinət kimlərə şamil olunmur? - Rəsmi

Bütün xəbərlər
Bu gün, 12:20

Xəzər bağlarında zibildən "dağ" yaranıb

Bütün xəbərlər
Bu gün, 12:00

İncəsənət məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
Bu gün, 11:40

Çimərliyə getmək istəyənlərin nəzərinə - Xəbərdarlıq

Bütün xəbərlər
Bu gün, 11:20

Sumqayıtda ailələr susuz qalıblar

Bütün xəbərlər
Bu gün, 11:20

Corat sakinlərindən "Azəriqaz"a etiraz

Bütün xəbərlər
Bu gün, 11:00

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Bu gün, 10:40

Sumqayıt Şəhər İcra Hakimiyyəti "Hökumət buludu"na köçürüldü

İdman
Bu gün, 10:20

"Sumqayıt" Lukas Bleklə bağlı detalları açıqladı

Bütün xəbərlər
Bu gün, 10:00

Sarayda borc üstündə yaranan dava qanlı insidentlə nəticələndi - Məhkəmə

Oxşar xəbərlər