Sumqayıtda fəaliyyət göstərən müəssisədə zəhərlənənlərin sayı artıb.
Xəbər verdiyimiz kimi, Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub. TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, zəhərlənənlərin sayı artıb:
“Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.