Sumqayıtda psixoloq-master Səbinə İbrahimli “Gələcək nəsilin həyatındakı rolumuz” adlı seminar keçirib. Sumqayıt24 bu haqda bu gün, 1 iyun tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Görüş adıçəkilən idarə, Gənclər evi və Gənc Müəllimlər Şurası tərəfindən təşkil edilib. Burada, yeniyetmə və gənclərə psixoloji dəstəyin əhəmiyyətindən, ictimai fəallıq və sosial münasibətlərin formalaşması, psixoloji vəziyyətlərinin və problemlərinin mənşəyinin müəyyən olunması mövzularında ətraflı məlumat verilib.