İyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam qısamüddətli az yağış ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 18-21°, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65%, gündüz 50-55% təşkil edəcək..