Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 26-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26°, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 40-50% təşkil edəcək.