Sumqayıtda daha bir kommunal qəza baş verib.
Məlumata görə, hadisə gecə saatlarında Bakı küçəsində qeydə alınıb.
Belə ki, ərazidə içməli su xəttində qəza baş verib və hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ötən gün şəhərin 13-cü mikrorayon ərazisində də diametri 200 millimetr olan içməli su borusu partlayıb. Nəticədə ərazidə su axını yaranıb.
Mənbə: Şəmistan Fikrətli