Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsi ilə Abşeron rayonunun Novxanı qəsəbəsini birləşdirən 537 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti diqqət çəkib.
Sumqayit24.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilib ki, yol təmiri işləri ilə əlaqədar 537 nömrəli marşrut avtobusu hərəkət istiqamətini dəyişərək dəniz sahili boyunca hərəkət edib.
Beləliklə, sərnişinlər səfər zamanı dəniz mənzərəsini seyr etmək fürsəti əldə ediblər.