Noyabrın 17-də Bakıda və Sumqayıt şəhərinin də yerləşdiyi Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib.
Sumqayit24.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir. Qurumdan bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.