Sumqayıt sakini müraciət etdiyi xəstəxanada sağlamlığının daha da pisləşdiyini iddia edir.
Şikayətçi Asif İsmayılovun sözlərinə görə, 2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin Tıcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində həkim Emin Yaqubov tərəfindən əməliyyat olunub. Onun iddiasına əsasən, əməliyyatdan əvvəl müstəqil hərəkət edə bilib, lakin cərrahi müdaxilədən sonra vəziyyəti dəyişib. Xəstəxanaya öz ayaqları ilə daxil olan sakin oradan əlil arabasında çıxmalı olub.
Ətraflı Baku TV-nin süjetində: