Sumqayıtda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb. Bu haqda 4 aprel tarixində Sumqayıt24 xəbər verir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə təşkil olunan mərasimdə şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb və şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib. Çıxışlar zamanı Ramazan ayının dini, mənəvi və sosial mahiyyətindən söhbət açılıb.
Sonda sözügedən fondun maliyyə dəstəyi ilə çap edilmiş müqəddəs Qurani-Kərim kitabları şəhidlərimizin ailə üzvlərinə hədiyyə edilib.