Sumqayıt Dövlət Universitetində “İKT-nin ali təhsil müəssisələrində kadr hazırlığının təşkilində aparıcı rolunun daha da genişləndirilməsi” mövzusunda tədbir keçirilib. Bu haqda Sdu.edu.az-a istinadən xəbər veririk.
Görüş Fizika və elektroenergetika fakültəsi tərəfindən təşkil edilib. Çıxış edən fakültə dekanı, dosent Tamella Əhmədova tədbirin 2 hissədən ibarət olduğunu bildirib. 1-ci hissə müasir İKT avadanlıqlarına, 2-ci hissə isə “Gərginlik və güc hissəsinin SCADA üzərindən idarəetmə və nəzarətin tətbiqi”nə həsr olunub.
Daha sonra, iştirakçılara müvafiq mövzularla bağlı videoçarxlar təqdim edilib və ətraflı məlumat verilib.