Sumqayıtda keçirilən “Son Zəng” tədbirində qeyri-etik sözlərdən ibarət mahnı səsləndirilib.
5 nömrəli tam orta məktəbin məzunları “The Weeknd”in yarı portuqal, yarı ingilis dilində olan “São Paulo” mahnısının sədaları altında təhsil ocağından son dəfə çıxıblar. Lakin bəzi valideynlər sözügedən mahnının tərcüməsini öyrəndikdə şoka düşüblər. Onlar məktəb rəhbərliyini diqqətsizlikdə ittiham ediblər.
Qeyd edək ki, bu görüntülərdən sonra sosial şəbəkələrdə orta məktəblərdə xarici dil fənlərinin tədrisinin zəif olması məsələsi gündəm olub.
Əziz Sumqayıt24.az izləyiciləri, siz bu barədə nə düşünürsünüz?
View this post on Instagram