Sumqayıtda dərmandan zəhərləndiyi ehtimal olunan kişi xəstəxanada ölüb.
Sumqayit24.az xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.
37 yaşlı Orxan Mayıl oğlu Həsənovun halı dərman qəbul etdikdən sonra pisləşib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.