top
Sumqayıtda mənzili olanlar üçün VACİB XƏBƏR
25 sentyabr 2025, 00:40
- ↺ +

Sumqayıtda mənzili olanlar üçün VACİB XƏBƏR

Azərbaycanda baş verən yanğınlar, su basmalar və təbii fəlakətlər nəticəsində ev və mənzillərə dəyən ziyan hər il onlarla ailəni çətin vəziyyətə salır.

Baku.ws-in məlumatına görə, bu kimi hallarda vətəndaşların ən çox qarşılaşdığı problem zərərin ödənilməsi və yaşayış şəraitinin bərpası ilə bağlı olur.

Məhz belə vəziyyətlərdə daşınmaz əmlakın icbari sığortası insanların maliyyə yükünü azaltmaq üçün nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası üçün zəruri sənədlər və rüsumlar tələb olunur.

Tələb olunan sənədlər:

- Şəxsiyyət vəsiqəsi;

- Əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd.

Xidmətin bir illik haqqı isə Sumqayıtda 40 manat (20 min manatlıq təminatla) təşkil edir.

Sığorta hadisəsi hesab edilən hallara yanğın, ildırım, qaz partlayışı, elektrik qapanması, boruların partlaması nəticəsində baş verən su basma, təbii fəlakətlər (zəlzələ, tufan, daşqın, sürüşmə və s.), həmçinin üçüncü şəxslərin qanunsuz hərəkətləri daxildir.

Lakin bəzi hallar sığorta hadisəsi sayılmır. Məsələn, əmlak sahibinin qəsdən yaratdığı zərərlər, oğurluq, təmir və emal zamanı dəymiş zərər, qrunt sularının səviyyəsinin dəyişməsi və ya boruların aşınması nəticəsində baş verən itkilər ödənilmir.

İcbari sığortanın üstün cəhətləri:

- Yanğın, su basma və ya təbii fəlakət nəticəsində yaranan maliyyə itkilərinin qarşısını alır.

- Hüquqi və fiziki şəxslər üçün əmlakın qorunması təmin olunur.

- Ödənişlər qısa müddətdə həyata keçirilir, vətəndaşın yükü azalır.

- Həm dövlət, həm də şəxsi mülkiyyətə şamil olunur.

Mənfi cəhətləri:

- Hər hadisə sığorta predmeti sayılmır – oğurluq, təmir zamanı dəymiş ziyan, qrunt sularından yaranan problemlər ödənilmir.

- Sığorta məbləği məhdudiyyətlidir – Bakıda ən çox 25 min manatdır, bu isə bəzi əmlakların real dəyərini tam əhatə etmir.

- Sığorta haqqı ödənmədikdə vətəndaş qanun qarşısında məsuliyyət daşıyır.

 

Son xəbərlər

İdman
Bu gün, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Bu gün, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Bu gün, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Bu gün, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Bu gün, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Bu gün, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Bu gün, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Bu gün, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Bu gün, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Bu gün, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Bu gün, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Bu gün, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Bu gün, 09:33

Sumqayıtda hakimə ağır itki üz verdi

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda sayt rəhbərlərini təhqir edən qadın saxlanılıb

Bütün xəbərlər
Dünən, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
Dünən, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Dünən, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Dünən, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Oxşar xəbərlər