İyulun 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, küləkli hava şəraiti davam edir. Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Sumqayıtın da yerləşdiyi Abşeron yarımadasında 22 m/s-yə çatır.
Küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.